Laçın dəhlizində nömrə dəyişərək Xankəndiyə gedən maşınlar hansı ölkənindir?

Prezident İlham Əliyev bir neçə gün əvvəl Azərbaycan Televiziyasına müsahibəsində Qarabağla bağlı mövcud reallıqlardan ətraflı danışıb. Prezident qeyd edib ki, münaqişə süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi: “ Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi”.
Prezident qeyd edib ki, tarix hər şeyi yerinə qoyub: “Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”
Göründüyü kimi, Prezident xaricdən Ermənistana daxil olub, nömrələrini dəyişərək Qarabağa keçən maşınların mövcudluğundan danışıb. Maraqlıdır, bu xüsusda hansı ölkənin maşınları nəzərdə tutula bilər?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir qədər dərindən analiz edilsə söhbətin hansı ölkədən getdiyini təxmin edə bilərik: “Bildirilir ki, maşınlar xaricdən Ermənistana gəlib, orda nömrələrini dəyişib, Xankəndiyə gedirlər. Belə olan halda, biz ilk növbədə Ermənistanın hansı ölkələrlə birbaşa sərhəddinin olduğunu aydınlaşdırmalıyıq. Çünki məntiqə görə, maşınlar həmin ölkədən Ermənistana daxil olmalıdır ki, ordan Qarabağa yola salınsın. Ermənistanın həməsrhəd olduğu ölkələr sırasında Azərbaycan və Türkiyə var. Bu ölkələrdən elə yükün keçməsi mümkün deyil. Qalır İran və Gürcüstan. Gürcüstanın özü bu məsələdə balansı qoruyur. Anlayır ki, belə məsələdə ermənilərə verilən dəstək onlara baha başa gələ bilər. Azərbaycan onlarla imzalanan və həmin ölkənin böyük dividentlər götürdüyü layihələrə yenidən baxa bilər. İran versiyası daha inandırıcıdır. Çünki indiyə qədər olan dönəmdə biz İrandan Qarabağa, hətta işğal altındakı ərazilərə yüklərin daşındığının şahidi olmuşuq. Hətta 44 günlük müharibə zamanı da, belə videolar yayıldı. Yaxşı olardı ki, İran bu xəbərdartlıqdan nəticə çıxarsın. Nömrəni dəyişməklə, izləri ört-basdır etmək mümkün deyl. Prezidentin də ifadə etdiyi kimi, bizim texiniki imkanlarımız həddən artıq yaxşıdır. Bu da imkan verir ki, belə halları dəqiqliklə müəyyən edək”.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










