Lənkəranda qardaş qardaşa kəsici alətlə xəsarət yetirib

Lənkəranda bıçaqlanma hadisəsi olub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyat blokuna alınıb. İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.
***
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bu barədə TƏBİB-in Lənkəranda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə 08.10.2025-ci il tarixində saat 21:00 radələrində Lənkəran rayonun Liman şəhərində baş verən hadisə nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri ilkin tibbi xidmətlər göstərilib və dərhal əməliyyat blokuna alınıb.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












