Lənkəranda "VAZ"lar toqquşdu

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Anspress-in verdiyi məlumata görə, yol qəzası Lənkəran – Boradigah yolunun rayonun Zövlə kəndindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini 40 yaşlı Rafiq Ağayevin idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili Lənkəranın Zövlə kənd sakini, 36 yaşlı Eldəniz Kazımovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Həmçinin maşınlarda olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə qəzanın “VAZ-21099”un sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












