Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə fondun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvadakı “Bizim evimiz” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində (ATDM) olublar.
Uşaq evinin direktoru Vadim Menşov çoxillik dostluq və dəstəyə görə Heydər Əliyev Fonduna və şəxsən fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.
O deyib: “Biz Azərbaycanı çox sevirik, uşaqlarımıza göstərdiyi qayğıya görə Leyla Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Leyla Əliyeva tez-tez bizim uşaq evini ziyarət edir, onun gəlişi uşaqlar üçün həmişə bayrama çevrilir”.
Təşkilatın rəhbəri qeyd edib ki, “Bizim evimiz” mərkəzinin kollektivi və yetirmələri dəfələrlə Azərbaycanda olublar. “Bizim 1 saylı Bakı uşaq evindən olan həmkarlarımız və uşaqlar ilə çox gözəl münasibətlərimiz var. Artıq bir ailə olmuşuq, hər gün əlaqə saxlayırıq və yenidən görüşəcəyimizi arzu edirik. İnanırıq ki, sərhədlər tezliklə açılacaq və biz yenidən Azərbaycana səfər etmək imkanı əldə edəcəyik”, - deyə o bildirib.
Heydər Əliyev Fondunun nümayəndələri Moskva və Bakı uşaq evlərindən olan uşaqların pandemiyaya qədər qarşılıqlı səfərlərindən danışıb, tezliklə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI



















