Leysan yağışlar və güclü külək Zaqatalada fəsadlar törədib

Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib. Avqustun 2-si axşam saat 21 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb, ildırım çaxıb. Bölgəni əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları ərazisində yağış yağıb.
Zaqatala rayonu ərazisində güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb. Güclü külək nəticəsində rayonun bir sıra ərazilərində elektrik dirəkləri və naqillər qırılıb. Bəzi yerlərdə iri gövdəli ağacların qırılan budaqları elektrik naqillərinin üzərinə düşüb. Rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Dağlara yağan leysan yağışları nəticəsində Zaqatalanın Tala çayında qısa müddətli sel keçib. Tala çayından keçən sel 16 mindən çox əhalisi olan rayonun Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xəttini zədələyib.
Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. (APA)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










