Lotu Qulinin mirası uğrunda mübarizə: Qanuni oğrular bir-birlərinə düşmən oldular

Lotu Quli adı ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifovun Türkiyədə öldürülməsindən sonra onun tərəfdarları arasında parçalanma baş verib.
Məlumata görə, Qulinin mirası uğrunda onun ən yaxın silahdaşı 36 yaşlı Maxare Qvaramiya (Matsi) və Ded Xasanın oğru ailəsinin "minqrel" qolunun ağsaqqalı 63 yaşlı qanuni oğru Merab Mzarelua (Duyake) toqquşub.
Qulinin yanında hakimiyyəti dadmağa imkanı olmuş Matsi onu Duyake ilə bölüşmək istəməyib. Bundan sonra Duyake rəqibini nüfuzdan salmaq üçün qondarma bəhanədən istifadə edərək qanuni oğru Kaxa Makalatiyanı ona qarşı qaldırmağa çalışıb.
Matsi bunu öyrəndikdən sonra Duyakeni görüşə çağırıb, orada onu yalançı adlandırıb və vurub. Sonra isə iştirak edən digər avtoritetlərin yanında açıq şəkildə bəyan edib ki, Duyake artıq oğru deyil.
Lotu Quli 2020-ci il avqustun 19-da Türkiyədə restoranda qətlə yetirilib. Qatil kriminal dairələrdə Xan Əhmədlinski adı ilə tanınan Xaqan Zeynalov olub. Zeynalov Qulinin etimadını qazanıb və ona yaxın şəxslərdən biri sayılıb.
Qatil əvvəlcə Türkiyə polisinə Qulini şəxsi düşmənçilik zəminində vurduğunu desə də, sonradan bunu etmək üçün bir neçə milyon dollar aldığını etiraf edib. Lakin ona vəd edilən mükafat ödənilməyib. (Sputnik.az)
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO










