“LUKoil” prezidentinin Azərbaycanda nümayəndəsi təyin olundu

“LUKoil Uzbekistan Operating Company” şirkətinin baş direktoru Stepan Qurjiy “LUKoil” şirkəti prezidentinin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistandakı nümayəndəsi təyin olunub.
Avtosfer.az “LUKoil”un mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin idarə heyəti müvafiq qərar verib. Belə ki, S.Qurjiy “LUKoil” qrupunun aidiyyəti ölkələrlə əməkdaşlığın inkişafına cavabdeh olacaq.
Qeyd edək ki, Rusiyanın “LUKoil” şirkəti Türkmənistan istisna olmaqla həmin ölkələrdə layihələr üzərində çalışır. Bu il fevralın 18-də “LUKoil” prezidenti Vahid Ələkbərovla görüşü zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Dostluq” yatağının istismarında Rusiya şirkətinin iştirak etmək niyyətini dəstəklədiklərini, həmin layihə ilə bağlı sərmayə təkliflərinə baxmağa hazır olduqlarını bildirib.
Xatırladaq ki, yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, çalışdırılması, istismarına dair anlaşma memorandumu imzalanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












