Mais Bərxudarovun yeni görüntüsü - Görün kimlərlə görüşdü - FOTO

Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, “Qarabağ” ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, generalla görüşdə iştirak edənlər West Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir. Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər. Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.

“Onlar 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatları haqqında ingilis dilində kitab yazıblar. Kitab hərbi kolleclər və ingilisdilli Qərb akademiyaları üçün nəzərdə tutulub. Artıq bir neçə aydır ki, kitab üzərində iş gedir. Bu müddət ərzində 5-6 dəfə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bu səfər isə sonuncu idi”, – deyə görüşdə iştirak edən azərbaycanlı hərbi jurnalist Heydər Mirzə “Yeni Sabah”a bildirib.
Görüşdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov da iştirak edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












