Mariupolda küçələrdən 1 207 meyit yığılıb

Ukraynanın mühasirədə qalan liman şəhəri Mariupolun küçələrindən 1 207 meyit toplanıb.
Avtosfer.az-ın xəbərinə görə bu barədə şəhər merinin müavini Serqiy Orlov BBC-yə açıqlamasında bildirib. O, qeyd edib ki, şəhərdə ümumilikdə nə qədər adamın həlak olduğu bilinmir. Mer müavini vurğulayıb ki, şəhərkənarı məzarlıqlara gediş-gəliş mümkün olmadığından 47 nəfər kütləvi məzarda dəfn edilib və onlardan bəzilərinin kimliyini müəyyən etmək mümkün olmayıb. O əlavə edib ki, şəhərə yardım gətirilməsi və ya qalan əhalinin təxliyəsi mümkün olmayıb. Belə ki, ötən gün şəxsi maşınları ilə Mariupolu tərk etməyə çalışan təxminən 100 nəfər buraxılış məntəqələrində rusiyalı hərbçilərin atəş açması səbəbi ilə geri qayıtmaq məcburiyyətində qalıb. Qeyd edək ki, ötən gün şəhər meriyası Mariupolun aclıq təhlükəsi ilə üzləşməsi və şəhərdə cəmi üç günlük ərzağın qalması barəsində məlumat yayıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











