Maşın alarkən nömrəni saxlamaqla öz adınıza keçirə bilərsiniz

«Bu ilin əvvəlindən Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polisi İdarəsinə yazdığımız davamlı məktublardan sonra qanunvericiliyin daha bir maddəsinin tətbiqinə nail ola bildik. Artıq təkcə Baş Dövlət Yol Polisi İdarəsində deyil, həm də regional bölmələrdə 2011-ci noyabrında qəbul olunan, amma «ölü maddə»yə çevrilən “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin III bəndinin verdiyi hüquqdan vətəndaşlar istifadə edə bilir». Bunu Avtosfer.az saytına jurnalist Xalid Vahidoğlu deyib. Onun sözlərinə görə, həmin maddədə bildirilir ki, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Bu isə o deməkdir ki, əgər avtomobilinə bir dəfə dövlət qeydiyyat nişanı verilibsə, hansı rayonda qeydiyyatda olmasından asılı olmayaraq vətəndaş həmin nömrə saxlanılmaqla (nömrənin avtomobildə qalmasına alan və satan şəxs etiraz etmirsə) onu öz adına rəsmiləşdirə, yəni öz adına qeydiyyat şəhadətnaməsi ala bilər».
Artıq ölkənin DYP şöbələrində bu qanun işə düşsə də, təəssüf doğuran hal odur ki, hazırda bəzi məmurlar bu addımdan da sui-istifadə edir. Belə ki, əldə etdiymiz məlumata görə, regional bölmələrdə aıtomolbillərin alqı-satqısı zamanı vətəndaşlara avtomobilin nömrə nişanını saxlamağa köməklik təklif olunur. Vətəndaşların bilgisizliyindən istifadə edərək bunun müqabilində onlardan 150-300 manat arası pul tələb olunur. Həmçinin nömrə nişanlarının saxlanılması üçün tələb olunan ərizənin yazılması üçün «ayrıca ştat» açılıb. Ərizə yazılması xidməti müqabilində vətəndaşlardan əlavə pul alınır; 3-5 manat.
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












