Maşın bazarında ağac kəsən avtosalon sahibi bir nəfəri yaraladı - VİDEO

Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib. Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a həmin bazarda fəaliyyət göstərən Rizvan Mehdiyev məlumat verib. O bildirib ki, Cavad Əliyev mağazasında işləyən Bəxtiyar və qaynı İlham adlı şəxslərlə birlikdə ağacı kəsib:
"Görüntülər sentyabr ayının 30-da lentə alınıb. Ondan bir həftə əvvəl isə ağacın dibinə dizel yanacağı tökürdülər ki, qurusun. Onlar bu əməli törədəndə mən həmin şəxslərə irad bildirdim. Cavad isə xəbərdarlığa məhəl qoymadı və qeyri-etik ifadələr işlətdi. Daha sonra Cavad mənimlə mübahisə etməyə başladı. İki nəfər idilər. Biri məni tutdu, digəri isə başıma ağac parçası ilə zərbə endirdi. Xəsarət aldım. Xəsarətimlə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəy almışam. Hazırda bu işlə bağlı polisdə araşdırma aparılır", - deyə R.Mehdiyev əlavə edib.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












