Maşın beton dairəyə çırpıldı; sürücü öldü - FOTOLAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Müzəffər Nərimanov küçəsində baş verib. "Toyota Land Cruiser" markalı, H 018 100 dövlət nömrə nişanlı avtomobilin dairəyə çırpılması nəticsəndə sürücü hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, “Toyota Land Cruiser” markalı avtomobil “Şəfa” stadionunun yaxınlığında yeni istifadəyə verilən tunellə hərəkət edib və sürətlə Müzəffər Nərimanov küçəsinə çıxıb. Sürücü qaranlıq yolda dairəni görməyib və maşın beton dairəyə çırpıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücü sükan arxasında dünyasını dəyişib. Hadisə şahidləri maşının döşəməsinə düşən sürücünün meyitini çıxarıblar. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır, sürücünün şəxsiyyəti dəqiqləşdirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















