Maşın çuxura düşdü; yollar qaranlıqdır - FOTOLAR

Ötən gecə Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində baş verən qəzada avtomobil dərin çuxura yuvarlanıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, sürücü Əhəd Nemətov taksi kimi idarə etdiyi «Fiat» markalı minik avtomobili ilə üzü “Şuşa” şəhərciyi istiqamətində hərəkətdə olarkən avtomobili dərin çuxura salıb. Sürücünün sözlərinə görə, qazıntı ilə bağlı nişanlar olsa da, onların heç biri görünmür. Belə ki, yalnız mərkəz istiqamətində hərəkətdə olarkən nişanları görmək olur. Hava limanına tərəf gedəndə isə nişanlar tərsinə qoyulduğundan və yollar işıqlandırılmadığından onları görmək demək olar ki, mümkün deyil. Çuxurun hansı qurum tərəfindən qazıldığı hələlik məlum olmasa da, yaxınlıqda yaşayanların sözlərinə görə, xeyli müddətdir ki orada işlər dayandırılıb. Bu isə sutkanın qaranlıq vaxtlarında sürücülərə xeyli problem yaradır. Qəza ilə bağlı araşdırmalar davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA














