Maşına yol verməmək üstündə adam öldürdülər

Bakıda iki gün öncə baş verən qətl hadisəsində iştirak edən daha bir nəfər tutulub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin (DIN) saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Zabrat qəsəbə sakini Andrey Sibizovun qətlə yetirilməsində iştirak etmiş digər şəxs - Bakı şəhər sakini Pərvin Qocayev tutulub. Qeyd edək ki, iyulun 7-də Zabrat qəsəbəsi, Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib. Bundan əvvəl Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Mehdiyev də tutulub. Hadisə sürücülərin bir-birinə yol verməməsi üstündə olub.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












