Maşında iki qardaşı güllələdilər - YENİ FAKTLAR

Bakıda silahlı insident baş verib. Avtosfer.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hadisə ilə bağlı araşdırma aparılır.
***
Bakıda güllələnən qardaşların adları məlum olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir. Hadisə baş verən “Toyota Land Cruiser” markalı maşının dövlət nömrə nişanı 90 RC 008-dir.
***
Bu gün Bakının Qaradağ rayonunda iki qardaşı güllələyərək öldürən şəxsin kimliyi bəlli olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 35 yaşlı Cahid Rəhimovu və onun qardaşı, 30 yaşlı Cavidi qundağı və lüləsi kəsilmiş tüfənglə güllələyərək öldürən şəxsin Tərlanov Zaur Ənvər oğlu olması müəyyən edilib. O, dərhal həbs edilib və 38-ci Polis Bölməsinə aparılıb. Zaur Tərlanov ilkin ifadəsində bildirib ki, hər iki qardaşı qısqanclıq zəminində güllələyib. Hadisənin baş verdiyi avtomobil də Rəhimov qardaşlarına məxsus olub. Verilən digər məlumata görə, tərəflər arasında pul məsələsi olub. Lakin bu barədə, eləcə də qısqanclıq məsələsi ilə bağlı hələlik dəqiq məlumatlar yoxdur. O da məlumdur ki, qətli törədən şəxs pul məsələlərinə görə dəfələrlə məhkəmələrə müraciət edib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












