Maşını əlindən alınan şəxs banka gedib polisi yandırdı – BAKIDA

Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb. O, borcuna görə əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun “AzSamand” markalı avtomobilini “Nikoyl Bank” borca görə əlindən alıb. Hiddətlənən N.Müzəffərov ötən gün əlində içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib.
Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda, benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.
Onu söndürərək yaxınlıqdakı Dəmir Yol Xəstəxanasına çatdırıblar. Sifətin I və II dərəcəli termiki yanıq xəsarətləri alan E.Əsədov sonradan Daxili İşlər Nazirliyinin Hospitalına göndərilib. İnsident zamanı N. Müzəffərov da hər iki qolundan yüngül yanıq xəsarəti alıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












