Maşını olmayan şəxsə cərimə gəldi: Sürücü çətin vəziyyətdədir - VİDEO

Qubada fəhlə işləyən Neftçala rayon sakini Cəfər Məmmədov bir müddətdir ki, anlaşılmaz vəziyyətlə üz-üzə qalıb. Onun avtomobili və sürücülük vəsiqəsi olmadığı halda, Bakı Nəqliyyat Agentliyinin başqa şəxsə yazdığı cərimələrlə bağlı məlumatlar SMS şəklində ona göndərilir.
Avtosfer.az-ın məlumatına görə, Cəfər Məmmədov deyib ki, indiyədək ona 190 manat məbləğində cərimə SMS-si göndərilib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, inzibati tənbehvermə haqqında qərar ASAN ödəniş sistemi vasitəsi ilə hər bir sürücünün elektron kabinetində qeyd etdiyi mobil nömrəsinə göndərilir. Onun sözlərinə görə, istənilən nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən həmin avtomobili idarə edən sürücü özünə məxsus mobil nömrəni şəxsi elektron kabinetində qeyd edir. Uyğunsuzluq da məhz elektron kabinetdəki məlumatlarla bağlıdır. Uyğunsuzluğu aradan qaldırmaq üçün vətəndaş Cəfər Məmmədov mütləq şəkildə Daxili İşlər Nazirliyi və ya ASAN xidmətə müraciət etməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














