Maşını yanan qadın: «Kişilər telefonla hadisəni çəkir, bir qadın isə mənə kömək edirdi»

«Avtomobilin sığorta müddəti bitmişdi. Sığortalatdırmağa çalışırdım, amma imkan olmadı”. Bunu Modern.az-a “XXI Əsrin Qadınları” İctimai Birliyinin rəhbəri Mahirə Əmirhüseynova bir neçə gün öncə yanıb kül olan maşını haqda danışarkən bildirib. Onun sözlərinə görə, bu gün avtomobilə baxış keçirilməlidir. Amma usta bildirib ki, təmir üçün təxminən ən azı 12 min manat lazımdır. “Qəzanın səbəbini tam bilmirəm. Hadisədən sonra özümü çox pis hiss edirəm, stress və gərginlik məni narahat edir. Hadisənin şokundan çıxa bilmirəm. O an düşündüm ki, nə yaxşı partlayış olmayıb. Çünki evə gələndə benzin çənini tam doldurmuşdum. Maşın cəhənnəm, qorxurdum ki, şəhərin mərkəzində, özü də tarixi binanın qarşısında partlayış baş versə, kimsə xəsarət alar, yaxud ətraf binalar zərər görə bilər. Şükürlər olsun, partlayış baş vermədi, salamat qurtardım”.
M.Əmirhüseynova deyir ki, belə qəzalar şəhərdə tez-tez baş verir: “Bəzi insanlar çox laqeyidcəsinə kömək etmək əvəzinə əlindəki telefonla səni çəkir. Qorxduğumdan avtomobildəki yanğınsöndürən balondan da istifadə edə bilmədim. Bir qadın kömək etməyə çalışırdı, kişilər isə baş verənləri seyr edirdi. Hadisədən sonra mənə dedilər ki, xarici avtomobillərin əksəriyyətinin elektrik sistemində bu cür problemlər olur”.
Hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. “Lexus RX 350” markalı 10-UA-350 dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan 2 nəfərə heç bir xəsarət dəyməyib. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO










