Maşınınıza aldığınız bu ehtiyat hissəsi sizi ölümə apara bilər - DİQQƏTLİ OLUN! - VİDEO

Avtomobil ehtiyat hissəsinin qat-qat ucuz qiymətə satılmasıyla bağlı video “TikTok” sosial platformasında kütləvi marağa səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə vətəndaşlardan biri “Facebook” sosial şəbəkəsində video paylaşıb. Videodan da göründüyü kimi, səhifədə əyləc bəndlərinin (nakladka) dəstinin 20 manata satıldığı qeyd olunur. Sürücülərin hamısı maşınlarının markalarını rəy bölməsində bildirərək əyləc bəndlərinin onların avtomobillərinə uyğun olub-olmadıqlarını soruşublar. Hətta “20 manatlıq” qəliblərin istifadəsinin “BMW”, “Porsche” markalı avtomobillər üçün keçərli olmasıyla bağlı sual verənlər də olub. Vətəndaş, izləyicilərin ehtiyat hissəsinin niyə ucuz qiymətə satıldığını sorğulamaq əvəzinə almaq istəmələrini qınaq obyektinə çevirib: “Əyləc qəlibinin hansı ölkədən gətirildiyini, nə dərəcədə keyfiyyətli olduğunu bir nəfər belə rəydə soruşmayıb. Gələcəkdə problem yaranarsa, maşının əyləci tutmasa məsuliyyəti kim daşıyacaq? Təəssüf ki, izləyicilər ehtiyat hissəsinin ucuz qiymətə satılmasına fokuslanaraq sadəcə maşınlarının markalarını və çatdırılma ünvanını qeyd ediblər. Tək bu məsələdə yox, digər sahələrdə də kütlənin böyük bir qismi ucuzluğa qaçaraq keyfiyyəti düşünmür”.
Təbii ki, əyləc qəliblərinin orijinaldan 5-6 dəfə ucuz qiymətə satılması onun keyfiyyətsiz olduğunu göstərir. Lakin pula qənaət etmək üçün keyfiyyətsiz ehtiyat hissələri alan sürücülər işin təhlükəli tərəfini - qəzaların baş vermə ehtimalını nəzərə almırlar.
Nərmin
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












