Maşınla vurulan piyada ağır yaralandı

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Azadlıq prospektindən üzü şəhər istiqamətində gedən yolunda qeydə alınıb. Hadisə zamanı “Renault” markalı avtomobilin sürücüsü Arif Əliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə 1978-ci il təvəllüdlü Əsgərov Ayaz İzzət oğlunu vurub. Hadisə şahidləri yaralıya ilkin tibbi yardım göstərməyə çalışıblar.
Daha sonra əraziyə təcili yardım çağırılıb və yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan Ayaz Əsgərov həyatı xilas edilsə də vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən sürücü Arif Əliyevin sözlərinə görə, piyada qəfil onun yoluna çıxıb. Üstəlik o 10 metr irəlidəki piyada keçidindən istifadə etməyib. Hadisədən sonra əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Sürücü Arif Əliyev izahatının alınması üçün idarəyə aparılıb. Faktla bağlı təyin olunacaq ekspertizaların rəyi məlum olandan sonra hadisənin baş vermə səbəblərinə aydınlıq gətiriləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












