Maskotlar vətəndaşları məlumatlandıracaq

Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) fəaliyyətə başladığı ilk günlərdən etibarən respublikanın şəhər və rayonlarında könüllüləri səfər edib, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirib.
Ötən aylarda könüllülər tərəfindən icra olunan “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə bir çox kreativ layihələr keçirilib.
Avtosfer.az xəbər verir ki, hazırda xüsusi karantin rejiminin qaydaları çərçivəsində könüllülər ictimai məkanlarda vətəndaşların maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir, sosial məsafə, maskadan istifadə və qaydalara düzgün riayət edilməsinin vacibliyini insanların diqqətinə çatdırırlar.
Görülən işlərin daha geniş çərçivədə təsir qüvvəsini artırmaq məqsədilə növbəti maraqlı addım atılıb.
Belə ki, könüllülərin ərazidə olmadığı müddətdə vətəndaşlara pandemiya dövründə əsas davranış qaydalarını xatırladacaq xüsusi maskotlar ölkə ərazisində sərt karantin rejimi tədbiq edilmiş rayon və şəhərlərdə ictimai məkanların qarşısında yerləşdiriləcək.
“Məsafə saxla və sağlamlığının qeydinə qal!”, “Bir-birimizi qoruyaq!”, “Maskadan istifadə et, özünü qoru!” şüarları yazılmış maskotlar yerləşdirildikləri ərazidə sakinlərə pandemiyanın xüsusi qaydalarına əməl etməklə bağlı daim xatırlatma etməklə virusun yayılmasının qarşısını almağa töhfə vermiş olacaqlar.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












