Maştağada polis əməkdaşı maşında kartof satır – ŞOK VİDEO

“Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir”. Bu fikirlər Bakının Maştağa sakinlərinin aznews.az-a ünvanladıqları şikayət məktubunda qeyd edilir. Bildirilir ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır. Bildirilir ki, poqonlular müsadirə etdikləri malları ya özləri yol kənarlarında satırlar, ya da yaxınlıqdakı mağazalara ucuz qiymətə verirlər. Məsələ ilə bağlı həmin əraziyə göndərilən əməkdaş çox maraqlı görüntülər əldə edib. Belə ki, polis mundirində olan şəxs avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır. Polisin hərəkətlərindən aydın şəkildə görünür ki, o həyacanlıdır, müsadirə etdiyi malların bir hissəsini təhvil verib, satıb ərazidən uzaqlaşır...
Həmin videonu və fotoşəkilləri təqdim edirik:
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA














