Köçkünlərin yaşadığı qəsəbədəki evdən külli miqdarda pul və qızıl əşyalar oğurlandı - FOTO

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Taxtakörpü ərazisindəki 552 saylı qaçqınlar və məcbur köçkünlər üçün salınmış qəsəbədəki evlərin birindən oğurluq edən şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan Sabir Əliyev, Sərxan Mirzəyev, Cavid İsmayılov və Vasif Uluxanov olduqları müəyyən edilib. Onların oğurluq məqsədilə daxil olduğu evdən 4 500 ABŞ dolları, balansında 4 440 manat olan təqaüd və maaş kartları, dörd ədəd qızıl qolbaq, müxtəlif qadın ətirləri və bijuteriya əşyaları götürdükləri məlum olub. Oğurlanmış pulların və əşyaların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Laçın RPŞ-də araşdırmalar davam etdirilir.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










