“Media belə açıqlamalarla qane olmur” – ELMƏDDİN MURADLI QURUMLARI TƏNQİD ETDİ - VİDEO

“Fairmont Baku” hoteldə Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda növbəti forum keçirilib.
Avtosfer.az xəbər verir ki, bu gün keçirilən forumda MEDİA Agentliyinin rəhbərliyi, media subyektlərinin baş redaktorları və müxbir heyətilə yanaşı, deputatlar və dövlət qurumlarının ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri iştirak edib.
Tədbir zamanı dövlət qurumlarının mətbuat katibləri media subyektləri ilə qurulan birgə fəaliyyətin müsbət nəticələrindən, cəmiyyətin maarifləndirilməsi istiqamətində atılan addımlardan danışıb.
Forumda çıxış edən saytımızın rəhbəri Elməddin Muradlı dövlət qurumlarının mediaya əlçatanlığını müsbət dəyərləndirib. O bildirib ki, bəzi nazirliklərin, eləcə də icra hakimiyyətlərinin mediaya verdiyi açıqlamalar müsbət istiqamətdə inkişafa kölgə salır:

“Media subyektlərini də anlamaq lazımdır. Səhər verilən suala axşam cavab verdikdə media narazı qalır. Yaxud da bir çox qurumlardan şablon açıqlamalar göndərilir. Məsələn, “müraciətinizə cavab olaraq bildiririk ki” kimi açıqlama verilir. O zaman başa düşülür ki, ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi öz işini yaxşı görə bilməyib. Sizə göndərilən sorğuları yönləndirirsiz müvafiq şöbəyə, o şöbə də sizə cavab göndərir ki, buyurun, bu da sizin açıqlamanız. Mediaya bu lazım deyil, media bununla qane olmur”.
Elməddin Muradlının qurumların ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə bağlı həmin videosunu sizə təqdim edirik:
Səfər
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ
Azadlıq prospektindəki “cib” yığışdırılmalıdır - EKSPERT
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə SAXLANILIB
Samir Şərifova yeni VƏZİFƏ VERİLDİ
Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir - ŞİKAYƏT
Ramiz Mehdiyevə məxsus bankın lisenziyası ləğv edildi - RƏSMİ










