Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib? - AÇIQLAMA

Hazırda biz nizamnaməyə nəzər salsaq, orada nəzərdə əsas olaraq, dörd vəzifə və istiqamət görə bilərik. Bu, medianın inkişafına dəstək verilməsinin istiqamətlərini müəyyən etmiş olur. Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib. O bildirib ki, bunlardan biri konsultativ dəstəkdir: “Medianın inkişafı üçün “konsultativ dəstək”, “maddi-texniki dəstək”, “təşkilati-texniki dəstək” nəzərdə tutulur. Hər birisini izah etməyə çalışsaq, görərik ki, məqsəd jurnalistlərin peşə və ixtisasının artırılmasına xidmət edəcək. Peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Medianın biznes modelə keçirilməsi üçün agentlik tərəfindən təşkilati dəstək göstəriləcək”.
Jurnalistlərin hansı formada peşəkar kadr kimi yetişdirilməsi ilə bağlı suala isə Ə.İsmayılov belə cavab verib:
“Jurnalistlərin peşəkarlıqlarının artırılması dedikdə, sözsüz ki, ixtisas artırılmasını xüsusi qeyd etməliyik. Bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək. Digər məqam isə hazırda bu sahədə fəaliyyət göstərən jurnalislərin ixtisaslarının artırılmasının təmin olunmasıdır. Bu ölkədə mövcud jurnalistlərin kadr potensialı ilə bağlıdır. Bütün bu prosedurlarda təbii ki, xaricdən də mütəxəssislərin cəlb olunması və tədris prosesində iştirakı nəzərdə tutulur. Eyni zamanda xaricdə yerləşən ali tədris və ya tədris müəssisələri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə jurnalistlərin xaricdə treninq keçmələrini təşkil edə bilərik”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












