"MediHall Hospital"ın direktoru 25 min manat cərimələndi - Səbəb nədir?

Bakı şəhərinin Binəqədi qəsəbəsində, metronun Azadlıq prospekti stansiyasının yaxınlığında yerləşən "MediHall Hospital”ın direktoru inzibati məsuliyyətə cəlb olunaraq 25 min manat məbləğində cərimələnib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, "REO-X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun tərkibində fəaliyyət göstərən klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.
Araşdırma zamanı müəyyən edilib ki, R.T. adlı həkimlə klinika arasında əmək müqaviləsi bağlanmadan, xidmət müqaviləsi əsasında "MediHall Hospital”da cərrahi əməliyyat həyata keçirilib.
Məhkəmənin qərarı ilə "REO-X1” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3 500 manat məbləğində inzibati cərimə edilib.
Bununla yanaşı, şirkətin və xəstəxananın direktoru Zülfi Əliyev də eyni maddə ilə 25 min manat məbləğində inzibati cəriməyə məhkum olunub.
Direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, eyni maddə üzrə həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxs kimi cərimələnməsi qanunvericiliyə ziddir. O, rəhbərlik etdiyi tibb mərkəzində 30 nəfərdən çox əməkdaşın çalışdığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












