Mehdiabadda avtomat və narkotik satan şəxs saxlanılıb - FOTO - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib.
Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












