Məhkəmə “Bravo”nu 6 500 manat cərimələdi

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Supermarket” MMC-nin (Bravo) inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib və şirkətin 6 500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin protokoluna əsasən, “Azərbaycan Supermarket” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə təqsirli bilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.(Report)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












