Məktəb açıldı, tıxac yarandı

Yeni dərs ilinin ilk günü Bakıda böyük avtomobil tıxacları ilə başlayıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarından müxtəlif istiqamətlərdən paytaxta girişdə, Sumqayıt, Zabrat və Aeroport yolunda uzun tıxaclar yaranıb. Həmçinin şəhərin mərkəzində də əksər istiqamətlərdə, xüsusilə də ali və orta məktəblərin yerləşdiyi ərazilərdə sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə Trend-ə bildirib ki, Bilik Günü ilə bağlı Bakıda bütün istiqamətlərdə avtomobillərin böyük sıxlığı müşahidə olunur: “Paytaxtın bütün istiqamətlərdə yollarda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi müşahidə edilir. Xüsusilə təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə, o cümlədən Babək prospekti ilə şəhər istiqamətinə, Koroğlu Rəhimov küçəsindən metronun “Gənclik” stansiyası istiqamətinə, Azadlıq və İnşaatçılar prospektlərindən şəhərin mərkəzinə doğru, Bayıl qəsəbəsindən Azneft dairəsi istiqamətinə, Tbilisi prospektində 20 yanvar dairəsindən şəhərin mərkəzinə doğru, metronun “Koroğlu” stansiyasından şəhərə doğru Heydər Əliyev prospekti boyu, Parlament prospektində və s. yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir”.
Bölmə rəisi həmçinin qeyd edib ki, bütün istiqamətlər üzrə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləyir. Onun sözlərinə görə, bu ana qədər avtomobillərə zərər dəyməsi ilə nəticələnən bir neçə yol qəzası baş versə də, xoşbəxtlikdən insan xəsarətinin qeydə alındığı hər hansı hal baş verməyib.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










