Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA

Abşeron rayonu Qobu qəsəbəsi 1 saylı tam orta məktəbdə 9-10-cu sinif şagirdləri özlərindən yaşca balaca olan uşaqlara narkotik vasitə təklif ediblər.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsində məktəblərin yaxınlığında, hətta daxilində narkotik vasitələrin satışı ilə bağlı məlumat polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülərək tam və hərtərəfli araşdırılıb:
“Polis əməkdaşları həmin məktəbdə olublar. Fakt təsdiqini tapmayıb. Ümumiyyətlə, tək Qobu qəsəbəsində deyil, ölkəmizin bütün bölgələrində polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Bundan başqa, polis əməkdaşları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri cəlb edilməklə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu zərər və doğurduğu təhdidlər barədə təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil edilir, şagirdlərlə söhbətlər aparılır”.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











