Məktəbin divarı maşınların üzərinə uçdu - Əraziyə qüvvələr cəlb olundu - RƏSMİ - VİDEO

Artıq iki gündür ki, davam edən yağan intensiv yağış paytaxtın bir sıra ərazilərində bir sıra fəsadlara səbəb olub.
Yağış suları Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində də təsirsiz ötüşməyib.
Avtosfer.az-ın məlumatına görə, sözügedən ərazidə yerləşən 123 nömrəli tam orta məktəbin divarı aramsız yağışın təsirindən yararsız vəziyyətə düşüb. Videodan da göründüyü kimi, uçan divar işıq dirəyinin və park edilmiş maşınların üzərinə düşüb. Nəticədə“VAZ-2106” və “Mazda” markalı avtomobillər ağır daşların təsirindən sıradan çıxıb. Xoşbəxtlikdən hadisə zamanı yaxınlıqda insan olmayıb.
Məsələylə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə lazımi qüvvələr cəlb olunub. Hal-hazırda işlər aparılır.
Nərmin
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












