Məktəbin qarşısında kütləvi dava, atəş açıldı

Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda kütləvi dava baş verib. Rayonun “Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş vermiş davaya səbəb “BMW X6” markalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi olub. Buna etiraz edən qəsəbə sakinləriylə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. “X6”-dakıların əraziyə kömək üçün xeyli adam çağırmasından sonra vəziyyət daha da qəlizləşib. Qəsəbə sakinləri ilə 30-40 nəfərlik "gəlmələr" arasında gərginlik zamanı naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Bundan sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, ərazi nəzarətə götürülüb.
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiq etdilər. Bildirilib ki, bir neçə nəfər saxlanılıb və faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












