Məktəblər bu şərtlərə açıla bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti yeni tədris ilindən məktəblər açılacağı təqdirdə təhsil müəssisələrində əməyin təhlükəsizliyinin hansı qaydalar əsasında təmin edilməsinin vacibliyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, dərslərin başlanılması ilə bağlı qərar verilərsə, insanlar arasında məsafənin saxlanılması qaydasına riayət olunmalıdır.
Gigiyena qaydalarına əməl olunması da vacib şərtlərdəndir, iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin yetərli sayda olması şərtdir.
İş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s. nəzarətdə saxlanılmalı məsələlərdəndir:
"Həmçinin qeyd edək ki, işə cəlb olunmuş bütün işçilərin (müəllim və digər işçi heyətin) pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması rəhbərlik qarşısında əsas məsələlərdən biri olmalıdır.
Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun (qeyd olunan məsələdə "məktəb - işçi heyət - valideyn - uşaq dialoqu") əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












