Məktəbliləri vuran “KamAZ” sürücüsü həbs edildi

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu Binəqədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulub. Belə ki, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “KamAZ” markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurması nəticəsində sonuncunun hadisə yerində ölməsi, H.Mikayılovun isə xəsarətlər alması faktı ilə bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, yük maşının vurduğu piyadalar orta məktəb şagirdləri olub.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












