Məmur oğlunun faciə yaşatdığı ailədən açıqlama - VİDEO

Məşhur tarzən Ağasəlim Abdullayevin ailəsi onlara faciəyə yaşadan Xalid Mədətova hakimin kəsdiyi cəzanı ədalətli sayır. Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində tarzənin həyat yoldaşı və nəvəsinin ölümünə səbəb olan qəzanı törədən Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə zalından birbaşa ümumirejimli cəzaçəkmə müəssisəsinə aparılan Xalid Mədətov həbsxanadan çıxdıqdan sonra 5 il avtomobil idarə etmək hüququndan da məhrum edilib. Bu ilin mart ayından Zığ şossesindən, hava limanına gedən yolda sərxoş vəziyyətdə yüksək sürətlə avtomobil idarə edən X.Mədətov nəqliyyat vasitəsini Ağasəlim Abdullayevin oğlu Vüqarın atomobilinə çırpmışdı. Nəticədə tarzənin həyat yoldaşı və 3 yaşlı nəvəsi hadisə yerində dünyasını dəyişmişdi. Müxtəlif bədən xəsarətləri alan Ağasəlim Abdullayev, oğlu və gəlini isə uzun müddət bu hadisənin şokunu yaşadı. Aparılan istintaq araşdırmaları zamanı içikili vəziyyətdə avtomobili idarə edən Xalid Mədətovun günahkar olduğu tam subuta yetirildi. Bu səbəbdən məhkəmənin qərarının nə olacağını öncədən duyan Mədətovlar ailəsi Abdullayevlər ailəsinə maddi təzminat ödəyərək cəzanın azaldılmasını istəsələr də tarzən onların təklifindən imtina etdi. Hətta zərərçəkən ailə qəza zamanı dəymiş ziyana görə məhkəməyə maddi təzminat istənilməsi ilə bağlı müraciət də etməyib. Ailənin qızı Yeganə xanım düşünür ki, hec bir cəza, nə onun anasının, nə də ki, 3 yaşlı qardaşı oğlunun dərdini unutdura bilməz. “Belə bir hadisəyə görə ölmürlük həbs cəzası verilməli idi. Nə edək ki, bizdə belə bir qanun yoxdur. Prezidentimizə öz təşəkkürümüzü bildiririk”, deyə Yeganə xanım bildirdi. Yeganə xanım hadisədən bir gün sonra Xalid Mədətovun atası Mübariz Mədətovun, bir neçə gün sonra isə xarici ölkələrin birində səfirlikdə işləyən qardaşının işdən kənarlaşdırılmasını Azərbaycan hökumətinin bu hadisəyə xüsusi diqqət göstərməsi ilə əlaqələndirir. Xalid Mədətovun vəkili Samir İsayev isə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin cəzanın müddətinin çox təyin edib. Çünki, bu təqsirləndirilən şəxsin ilk məhkumluğu idi. Bu səbəbdən yüngülləşdırıcı hallar nəzərə alınmaqla Xalid Mədətova 9 il müddətinə həbs cəzası təyin edilməli idi. Hazırda məhkəmənin hökmündən Mədətovlar ailəsinin apellyasiya şikayəti verib-verməyəcəyi isə bəlli deyil.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












