Mərdəkan-Zuğulba yolundakı piyada körpüsü yaxın günlərdə istifadəyə veriləcək - FOTO

Mərdəkan-Zuğulba yolunda olan piyada keçidi yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək. Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri aparılır: "Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mərdəkan-Zuğulba yolunda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisinə başlayıblar.
Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, əlillərin, uşaq arabalarının tam rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırıldı. Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistem də quraşdırılıb. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar da inşa edilib".


Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












