Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA

“Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir”.
Bunu Avtosfer.az-a Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bankı qarşısında duran başlıca hədəf inflyasiyanın həcminin, səviyyəsinin azaldılmasıdır: “Bildiyiniz kimi, inflyasiya olduqca qlobal bir iqtisadi proses kimi qarşımızda durub. Artıq yanvar ayının nəticələrində də görürük ki, dünyanın aparıcı ölkələrində inflyasiyanın səviyyəsi qalxmaqda davam edir”. E.Rüstəmov qeyd edib ki, bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalmasına çox ümid edirik: “Çünki monetar, pul-kredit siyasəti sərtləşməlidir. Onlar antiinflyasiya tədbirlərini gücləndirməlidirlər ki, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 % təşkil edib. Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 % olub. Mərkəzi Bankın proqnozlarına görə, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6 %) yuxarı - 6,6-7,5 % təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7 % artıb.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










