Mərkəzi Bankdan pul nişanları ilə bağlı AÇIQLAMA

Milli pul nişanlarımız Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış və Hökumət başçısının rəhbərlik etdiyi Pul İslahatı Komitəsinin qərarlarına uyğun olaraq xüsusi konsepsiya əsasında hazırlanır və dövriyyəyə buraxılır.
Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, hazırda tədavüldə olan milli pul nişanları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirlərindən sonra 2006-cı ildə dövriyyəyə buraxılıb.
“Müstəqil Azərbaycan” mövzusuna həsr edilmiş bu konsepsiya pul nişanları ayrı-ayrılıqda müxtəlif alt mövzuları - 1 manatlıq pul nişanı “Mədəniyyət və incəsənət”, 5 manatlıq pul nişanı “Yazı və ədəbiyyat”, 10 manatlıq pul nişanı “Tarix”, 20 manatlıq pul nişanı “Qarabağ”, 50 manatlıq pul nişanı “Təhsil və gələcək”, 100 manatlıq pul nişanı “İqtisadiyyat və inkişaf”, 200 manatlıq pul nişanı isə “Modern arxitektura” mövzusunu əhatə edir.
Tədavüldə olduğu 15 il ərzində bu konsepsiya mövzusuna, estetik görünüşünə və mühafizə sisteminə görə aktuallığını saxlamaqdadır.
Bununla belə, beynəlxalq təcrübədən irəli gələrək pul nişanlarımızın təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.
Yenilənmə zamanı dövriyyədə olan pul nişanlarımızın üzərində əks olunmuş və müvafiq nominalın mövzusunu xarakterizə edən əsas dizayn elementləri əsas motiv kimi saxlanılıb. Hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılıb.
Qeyd edilib ki, Mərkəzi Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını da planlaşdırır. (Oxu.az)
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










