Məşhəd şəhərində qadınların velosiped sürməsi qadağan edildi

İranın Xorasan-e-Rəzəvi vilayətinin Velosiped İdmanı Federasiyasının prezidenti bildirib ki, Dini Qaydaların Tətbiqi Qərargahı müvafiq icazəni alaraq, Məşhəd şəhərində qadınların velosiped sürməsinə qadağanın tətbiqinə başlayıb.
Avtosfer.az-ın məlumatına görə, qadınların ictimai yerlərdə də velosiped sürməsi qadağan edilib.
Mehdi Ruzbehane qadın velosipedçiləri müqəssir elan edib.
Bundan əvvəl, Səbzvar şəhərinin İctimai Mədəniyyət Şurası və Dini Qaydaların Tətbiqi Qərargahı qadınlara velosiped sürməyi qadağan etmişdi. Səbzvar şəhər cümə namazı imamının rəhbərliyi ilə Səbzvar İctimai Mədəniyyət Şurası şəhərdə qadınlara velosiped sürməyi qadağan edən nişanların qoyulmasını tələb etmişdi.
Səbzvar Velosiped İdmanı Federasiyasının bir nəfər istisna olmaqla, kişilərdən ibarət səkkiz üzvü hamılıqla iyulun 27-də bu qərara etiraz olaraq istefa verib. İyulun 31-də isə Səbzvar şəhər İdman və Gənclər İdarəsinin rəisi onların istefalarını qəbul edib.
İndi isə Dini Qaydaların Tətbiqi Qərargahı Məşhəd şəhərində də qadınların velosiped sürməsini qadağan edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












