Məşhur «avtoş»un atası danışdı: «Xalqdan üzr istəyirəm»

Avtosfer.az-ın apardığı araşdırmalardan sonra bir neçə gündür geniş müzakirə mövzusuna çevrilən 90 MP 090 dövlət nömrə nişanlı maşının sahibi Rauf Hüseynovun atası danışıb. Raufun atası Ramiz Hüseynov “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. Atası bildirib ki, bu şəkillər və şəkillərdə olan avtomobillər oğluna məxsus olub. Ramiz Hüseynov məsələ ilə bağlı ailəsinin narahatçılığnı dilə gətirib, övladlarının bu görüntülərinin yayılmasına görə şad olmadığını bildirib: “Təxminən bir il əvvəl bu şəkilləri görmüşdüm. Hətta bu müzakirələr açılmamışdan öncə oğlumu ciddi tənbeh etmişəm. Oğlumu İnstitutu bitirdikdən sonra hərbi xidmətə yola salmışam. Hal-hazırda Rauf bölgələrin birində hərbi xidmətdədir. Bu kimi həyatdan tam olaraq uzaqdadır. Qayıtdıqdan sonra da bu həyatdan uzaq olacaq.
Bu şəkilər o tələbə olarkən çəkilib. Bu fəxr olunası bir hal deyil. Mən özümün və ailəmin adından bütün oxuculardan və xalqdan üzr istəyirəm. Biz o şərhlərdə yazıldığı kimi etikadan kənar hərəkətlərə yolverən bir ailə deyilik. Biz ölkəni sevən, onun qanunlarına tabe olan bir ailəyik. Oğlum cavan olub, böyük səhv edib. Bu səhvinə görə onu tənbeh etmişəm, cəzalandırmışam. Fotolarda görüntülənən maşınlar eyni vaxta bizim ailədə olmayıb. Bu maşınlar müxtəlif vaxtlarda alınıb, satılıb. İndi bu avtomobillər bizdə yoxdur.
Oğlumun adından sosial şəbəkələrdə profillər açılır, xahiş edirəm bu kimi səhifə və profillərə inanmayın. O hərbi ximətdədir və internetə çıxışı yoxdur”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












