Məşhur hoteldə karantini pozulub, 100 nəfərlik tədbir keçirilib - VİDEO

Azərbaycanda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimində kütlvi tədbirlərinin keçirilməsi qadağan olunsa da, Bakıda təxminən 100 nəfərlik təltifetmə mərasimi baş tutub.
Müraciət edən vətəndaş Pərvanə Məmmədova bildirib ki, fevralın 25-i Səbail rayonunda yerləşən “Park İnn” hotelində "Avand Production”ın rəhbəri Ayaz Məmmədovun təşkilatçılığı ilə stilist, kosmetoloq, vizajist, müğənni, həkim və sair peşənin nümayəndələri “Türkiyə Zirvə Ödülləri” mükafatları ilə təltif olunublar.
Tədbir zamanı səhnəyə dəvət olunan şəxslərin və zalda əyləşən bir neçə şəxsin maskadan istifadə etməməsi diqqət çəkib.
P.Məmmədova bildirib ki, karantin rejiminin pozulması ilə bağlı polisə məlumat veriblər: “Ərazi üzrə 39 saylı Polis Bölməsinin nümayəndələri məkana baş çəksələr də, tədbir bu formada davam edib. Bu hadisədən 4 gün sonra, martın 1-də həmin hoteldə bu dəfə “Caspian Events” şirkətinin rəhbərləri İlmirzə Ağabəyov və Tural Ələkbər "Luxury Society Baku" adlı mükafatlandırma mərasimi keçiriblər. Martın 13-də isə başqa bir hoteldə təşkilatçı Aqil Məmiyevin növbəti tədbiri keçiriləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












