Məsud Pezeşkianın avtomobili yolda qaldı – Təbrizə taksi ilə getdi

İran prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən maraqlı insidentlə qarşılaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi yayıb.
Onun sözlərinə görə, prezidentin kortejindəki bütün avtomobillər Qəzvin əyaləti yaxınlığında dayanmalı olub. Kortej Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib.
Takestan şəhəri yaxınlığında hər üç avtomobil nasazlıq səbəbindən dayanıb. Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.
Qeyd edilir ki, eyni yanacaqdoldurma məntəqəsində bundan əvvəl də oxşar keyfiyyətsizlik halları qeydə alınıb. Hadisəyə rəğmən, Pezeşkian əyalət rəhbərliyi ilə əlaqə saxlamayıb və rəsmi araşdırma başlanmayıb. Bunun əvəzinə o, taksi ilə səfərini Təbrizə qədər davam etdirib. ("Azad İran")
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











