Metro xətlərinin birində qatarların sayı azaldıldı

"Bakı Metropoliteni" QSC bu ilin sonunadək "Cəfər Cabbarlı-Xətai" xəttində qatarların sayını ikidən birə endirib.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, göstərilən xətdə qatarların sayının azalması tunellərin birindəki təmir işləri ilə əlaqədardır: "Cəfər Cabbarlı-Xətai" xəttində qatarlar iki tunel üzrə hərəkət edirlər". N.Paşayev qeyd edib ki, daha əvvəl qatarların hərəkəti üçün bir tuneldən istifadə edilib, bir müdət əvvəl isə bu məqsədlə iki tuneldən istifadə edilməyə başlanılıb: "Hazırda tunellərin birində tikinti işlərinə başlanılıb və buna görə o, qatarların hərəkəti üçün istifadə edilmir. Bu səbəbdən hazırda xətt üzrə bir qatar hərəkət edir. Bu, sərnişinlər üçün heç bir problem yaratmayıb". O əlavə edib ki, qatarın hərəkət intervalı dəyişməyib: "Tunellərin birində təmir işləri bu ilin sonunadək davam edəcək".
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












