Metroda cinayət - REAL GÖRÜNTÜ

Saysız-hesabsız oğurluq əməli törətmiş Sumqayıt sakini Bakıda yaxalanıb. Avtosfer.az apa tv-yə istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cavid Hüseynovu Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməkdaşları həbs ediblər. Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis müavini Kamal Şirinovun sözlərinə görə, saxlanılan zaman o etiraf edib ki, narkotik alüdəçisidir, pul tapmaq ücün oğurluq edib. Saxlanılan şəxs xeyli vaxtdır, cibgirliklə məşğuldur. Etdiyi oğurluqlardan bəzilərini müşahidə kameraları lentə alınıb. Kadrlardan görünür ki, şübhəli şəxs telefonla danışan şəxsi təqib edir, sonra arxadan ona yaxınlaşır və cinayət əməlini törədir. Saxlanılandan sonra müəyyən olunub ki, metrodakı əməllindən başqa yerlərdə də oğurluq edib. Bu il martın 4-də metronun “Neftçilər” stansiyasında Şəki rayon sakini Maral Əhmədovanın əl çantasından, mayın 3-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Yusif Əliyevin, dekabrın 6-da metronun “Koroğlu” stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də metronun 28 May stansiyasında Bakı şəhər sakini, Həmid Rəhimlinin mobil telefonlarını ciblərindən oğurlayıb: "Metropoliten basırıq olduğundan, onun əməlini törətməsi üçün əlverişli şərait yaranıb". Bu şəxsi görüb tanıyanların Metropoliten polisinə müraciət etmələri xahiş olunur. Saxlanılan şəxslə bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












