Metroda nə vaxta kimi pulsuz hərəkət etmək olar?

İyulun 1-dən etibarən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) rəsmi akkreditasiyadan keçmiş şəxslər metrodan pulsuz istifadə edə bilməyəcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, BEGOC-da rəsmi akkreditasiyadan keçmiş şəxslər yalnız iyunun 30-u günün sonunadək metroda ödənişsiz hərəkət edə bilərlər: "İyulun 1-dən etibarən isə akkreditasiyalı şəxslərin metrodan pulsuz hərəkət hüququ qüvvədən düşəcək. Ona görə də həmin şəxslər də hamı kimi metroda ödənişli qaydada hərəkət etməlidirlər".
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar BEGOC-da rəsmi akkreditasiyadan keçmiş, eləcə də əlində bileti olub idman arenalarına gedən şəxslərə Bakı Metrpoliteninin xidmətindən pulsuz istifadə hüququ verilmişdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












