Metroda qiymətlər qalxacaq?

Ötən ay Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində ictimai nəqliyyatın, o cümlədən metronun qiymətlərinin qalxması müzakirə olunurdu. Bununla bağlı mətbuata açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev demişdi ki, Tarif Şurasına bununla bağlı müraciət olmayıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev də onun sözlərini təsdiqləmişdi. Açıqlamalar vətəndaşları bir qədər sakitləşdirsə də, müzakirələr yenidən başlayıb. Deyilənə görə, Novruz bayramından sonra qiymətlər 50 qəpiyə qədər yüksələcək. Bu məsələ ilə bağlı əvvəl də KİV-də məlumat getmişdi. QSC-nin səhmlərinin 49%-nin Fransa şirkətinə satıldığı deylirdi. Yaxın gələcəkdə müqavilə də imzalanacağı bildirilirdi. O zaman da bildirilmişdi ki, razılıq əldə edilərsə, qiymətlər 50 qəpiyə qədər yüksələcək.
Avtosfer.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün day.az-ın əməkdaşı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, metroda qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.
"Hazırda bu məsələ gündəlikdə deyil", - o əlavə edib.
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI










