Metroda tibbi yardım qutuları qoyulacaq? - AÇIQLAMA

Bəzən metrolarda yaranan sıxlıq insanların halının pisləşməsinə səbəb ola bilir. Bu səbəbdən onlara tibbi ləvazimat və ya suya ehtiyacı olur.
Bəs metropolitenlərdə stansiyalara, qatarlara ilkin tibbi yardım üçün dərman qutuları qoymaq olarmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə Redaktor.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, sərnişinlər üçün tibbi xidməti peşəkar qaydada təmin olunur.
"Bakı metropolitenində olan tibbi məntəqələr yalnız işçi personalın, xüsusən də maşinistlərin reys qabağı işə çıxmazdan əvvəl tibbi normativlərə uyğun yoxlanılaraq işə buraxılması üçün nəzərdə tutulub. Sərnişinlər üçün tibbi xidməti yalnız peşəkar qaydada təmin olunur və bununla bağlı Bakı metropoliteninnin aidiyyatı üzrə qurumlarla, xüsusən də Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə mümkün ən operativ əlaqə forması mövcuddur. Bakı metropolitenindən daxil olmuş, sifariş əsasında dəvət olunduğu stansiyaya uyğun olaraq ən yaxın məntəqə və yaxud da ən yaxın təcili tibbi yardım briqadası dərhal metropoliten stansiyasına yönləndirilir".

O, həmçinin qeyd etdi ki, qatarlarda və stansiyalarda ilk tibbi yardım qutularının qoyulması ilk növbədə təhlükəsizlik baxımından qiymətləndirilməlidir.
"Bununla bağlı bu günə qədər hər hansı bir ciddi problem olmayıb. Ümumiyyətlə, bu məsələ aidiyyəti qurumlarla müntəzəm olaraq müzakirə olunur və təbii ki, bütün monitorinqlərin nəticələri məhz bu süzgəclərdən keçirilərək dəyərləndirilir və qiymətləndirilir. Qatarlarda və stansiyalarda tibbi yardım qutularının qoyulması ilk növbədə təhlükəsizlik baxımından qiymətləndirilməlidir və müvafiq prosedurlar təmin olunmalıdır. Prosedur dedikdə, sadəcə olaraq, burada bunun hüquqi əsasları deyil, eyni zamanda onun ilk növbədə sərnişin və hərəkət təhlükəsizliyi baxımından bütün parametrlər üzrə qiymətləndirilməsi vacibdir. Bu məsələ də müxtəlif dövrlərdə müzakirə mövzusu olur", - deyə B.Məmmədov bildirdi.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












