Metrokartdan istifadə vaxtından əvvəl dayandırıldı - Sərnişinlər narazıdır

Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırılıb. Avtosfer.az xəbər verir ki, metro sərnişinlərinin “Report”a veridiyi məlumata görə, hazırda “28 May”, “Azadlıq” və “Cəfər Cabbarlı” stansiyalarının girişində sərnişin sıxlığı yaşanır, sərnişinlər kartlarının işləməməsindən şikayətlənir. Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə bilirlər, nə metroya daxil ola bilirlər. Sərnişinlər bildiriblər ki, onlar kart analizi üçün “Cəfər Cabbarlı” stansiyasına göndəriliblər. Bəzi narazı sərnişinlərin isə stansiyaya ödənişsiz daxil olmaqlarına icazə verilib. Kartları blok olunan sərnişinlər kart analizi üçün gəldikləri “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında da analoji vəziyyətin müşahidə olunduğunu deyiblər.
Qeyd edək ki, bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Əvvəlcədən elan edilib ki, "Metrokart"ın istifadəsi sentyarın 30-dan etibarən dayandırılacaq.
***
Metropoliten işçilərindən birinin verdiyi məlumata görə, kartlara blok qoyulması ora gediş yüklənməsinin qarşısının alınması üçündür. Sərnişin balansına gediş yükləmək istədikdə, kartın öz qiyməti, yəni 2 manat onun balansına yüklənilir və sərnişin həmin karta əlavə gediş yükləyə bilməz. Hesabdakı 2 manat bitdikdən sonra “Metrokart” istifadə üçün yararsız olacaq və sərnişinlər “Bakıkart” almalıdırlar.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










