Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA

“Nazirlər Kabineti yanında operativ qərargah bütün parametrləri qiymətləndirərək, yanvarın 18-dən sonra karantin rejiminin yumşaldılması barədə qərar verə bilər”.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M.Quliyevin sözlərinə görə, karantinin yumşaldılmasına getmək üçün kifayət qədər əsaslar var:
“Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ötən ilin dekarından tətbiq edilən sərtləşdirilmiş karantin kifayət qədər effekt verdi. Yoluxma və ölüm sayında əhəmiyyətli azalma müşahidə edilir. Təbii ki, buna vətəndaşların qaydalara ciddi riayət etməsi ilə nail olundu.
Vətəndaşlarımız problemin ağırlığını dərk edir və məsuliyyət nümayiş etdirirlər. Göstəricilər yaxşıdır, həm yoluxma, həm də virusdan ölüm sayı azalıb. Ona görə yumşalmaya gedilməlidir.
Amma bu o demək deyil ki, virus bitdi. Hətta vaksinasiyadan bir müddət sonra da tibbi maskadan istifadə labüd hesab edilir, həmçinin gigiyenik qaydalara riayət şərtdir”.
Komitə sədri praktikada olduğu kimi yumşalmanın mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb:
“Hansı qərarlar veriləcək, bunlar rəsmilər tərəfindən açıqlanacaq. Amma hesab edirəm ki, SMS icazə ləğv edilə bilər, bəzi sahələrdə iş bərpa oluna bilər, metro açıla bilər. Bütövlükdə siyahını operativ qərargahın üzvləri müəyyən edir. İlkin olaraq, hansı qərarlar veriləcək, hansı sahələrdə fəaliyyət bərpa olunacaq, bunu yalnız operativ qərargah açıqlayacaq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












