Metronun "Həzi Aslanov" stansiyasında eskalator əsaslı təmir edilib - FOTO

Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının əsaslı təmirə dayandırılmış “ET-5M” tipli 1 saylı eskalatoru yenidən istismara verilib.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, həmin eskalator istismara verildiyi vaxtdan bu təmir növünə ilk dəfə dayandırılıb.
Müvafiq texniki-normativ qaydalara uyğun olaraq, ET-5M tipli eskalatorlar 150 000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır. Təmir dövründə eskalatorun əsas hissələri və qovşaqları sökülərək, təftiş olunub, zəruri yenilənmə və təmir tədbirləri yerinə yetirilib. Bütün işlər metropolitenin eskalatorların təmiri üzrə müvafiq sahəsinin peşəkar və ixtisaslaşmış kadrları tərəfindən icra olunub. İyun ayında eskalatorların təmiri tam yekunlaşdırılaraq, sınaq tənzimləmə işləri aparılıb. Uğurlu sınaq və müvafiq yoxlamalardan sonra eskalator istismara hazır vəziyyətə gətirilib.
Təmirin gedişinə nəzarəti eskalator xidməti yerinə yetirib. Təlimat tələblərinə uyğun olaraq, sonuncu sınaq və təhvil prosesi müvafiq müfəttişlik sahəsinin rəhbərliyi altında həyata keçirilib.


Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












